Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb

13:25 - 31 / 01 / 2019
Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 1-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu,  nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 1-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Babək Cahandarov

Paylaş:
421

Son xəbərlər

Bütün xəbərlər