Hacıqabul sakini çaqqalın hücumuna məruz qalıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabul sakini çaqqalın hücumuna məruz qalıb - FOTO

12:31 - 31 / 01 / 2019
Hacıqabul sakini çaqqalın hücumuna məruz qalıb - FOTO

Hacıqabul rayonunda yırtıcı heyvan yerli sakinə hücum edib.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Ağacanlı kəndində baş verib.

Kənd sakini, 1950-ci il təvəllüdlü Mirzəyev Mətləb Məhəmmədəli oğlu qoyun otararkən qoyun sürüsü çaqqalın hücumuna məruz qalıb. Qoyunlarını vəhşi çaqqalın hücumundan qorumaq istəyən 68 yaşlı kənd sakininin özü də çaqqalın hücumuna tuş gəlib. O, çaqqalı öldürsə də, yırtıcı heyvan M.Mirzəyevin barmağını qoparıb və ayağını yaralayıb.

Yaralı kənd sakininə həkimlər yardım edib, ona quduzluq əleyhinə vaksin vurulub.

1news.az

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər