Bakı-Sumqayıt yolunda qəza: avtomobil parça-parça oldu – FOTO

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
Saat 22:30 radələrində magistralın 29-cu kilometrliyində - Sumqayıt şəhərinin girişində “Ford” markalı minik avtomobili yüksək sürətlə yolun kənarındakı maneəyə çırpılıb.
Nəticədə avtomobildə olan 25-35 yaşlı 3 kişi ağır xəsarətlər alıb və xəstəxanaya çatdırılıb.
Hadisə vaxtı zərbənin gücündən avtomobil bir neçə hissəyə parçalanıb.
Publika.az
S.Xankişiyeva
628