Həbib Axundovu şərləyən şəxs layiqli cəzasını aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Elnur Rauf oğlu İbrahimova qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi bitib.
1news.az-ın verdiyi xəbərə görə, hakim Rahibə Salmanovanın rəhbərliyi ilə aparılan son iclasda müqəssir 9 il müddətinə azadlıqdan məhrum olunub.
Həmçinin məhkəmədə digər zərərçəkmişin – Fərman Məmmədovun Həbib Axundova qarşı yalan ifadə verməsi də aydınlaşdırılıb.
Məhkəmə zamanı müqəssir bildirib ki, həbsdə olan zaman Fərman Məmmədovun adamları onu Həbib Axundova qarşı yalan ifadə verməyə məcbur ediblər:
“Xüsusilə Fərman bildirib ki, mən Həbib Axundova qarşı ifadə verməliyəm”.
Həmçinin Elnur İbrahimov məhkəmədə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axdundova və oğlu Həbib Axundovdan üzr istəyib:
“Təəssüf edirəm ki, bu müddədə mətbuatda onlar barəsində müxtəlif məlumatlar yayılıb”.
Fotoda: Həbib Axundov
Millət vəkili oğlunu şərləyən baş redaktorla bağlı açıqlama verib
S.Xankişiyeva