Azərbaycanda 6 bal gücündə zəlzələ olub: yaralılar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 6 bal gücündə zəlzələ olub: yaralılar var - FOTO

09:05 - 06 / 02 / 2019
Azərbaycanda 6 bal gücündə zəlzələ olub: yaralılar var - FOTO

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

1news.az "Report"a istinadla xəbər verir ki, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

1news.az

Azərbaycanda 4,4 və 6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib.

1news.az AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.

Ardınca yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

1news.az

Paylaş:
820

Son xəbərlər

Bütün xəbərlər