Zəlzələnin yeni görüntüləri yayıldı – VİDEO

Fevralın 5-də İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin yeni görüntüləri yayılıb.
1news.az-ın məlumatına görə, görüntülərdən zəlzələ zamanı insanların təlaşla çölə qaçması, mağazalarda məhsulların yerə tökülməsi görünür.
Xatırladaq ki, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib.
1news.az
659