Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

10:40 - 06 / 02 / 2019
Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib: "Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb. Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".

S.Xankişiyeva

 

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər