Təhsil Nazirliyi: 5 məktəbdə çatlar əmələ gəlib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: 5 məktəbdə çatlar əmələ gəlib

12:06 - 06 / 02 / 2019
Təhsil Nazirliyi: 5 məktəbdə çatlar əmələ gəlib

Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxıda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, zəlzələ nəticəsində Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin 1-ci korpusunun 2-ci və 3-cü mərtəbələri arasındakı panel tavanının suvağı yerə tökülüb. İki korpusdan ibarət məktəbin şagirdləri isə digər 2-ci tədris korpusuna yerləşdirilib. Eləcə də Şamaxının bir çox köhnə məktəb binalarında xırda çatlar yaranıb.

Hazırda Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları zəlzələdən ziyan görmüş məktəblərə baxış keçirirlər.

Məktəblərdə davamiyyət nisbətən zəif olsa da, hazırda dərslər davam edir.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər