Qevorkyan: Paşinyan utancverici kadr siyasətinə son qoymaq istəyirsə... | 1news.az | Xəbərlər
Ermənistan

Qevorkyan: Paşinyan utancverici kadr siyasətinə son qoymaq istəyirsə...

16:35 - 07 / 02 / 2019
Qevorkyan: Paşinyan utancverici kadr siyasətinə son qoymaq istəyirsə...

Ermənistanda Serj Sarkisyan dövründə qüvvədə olan qərarqəbulu mexanizmi fəaliyyətini davam etdirir. Bu mexanizm isə bir şəxsin iradəsindən asılılıq mexanizmidir. Bu adam bu gün Nikol Paşinyandır.

1news.az xəbər verir ki, bu barədə erməni analitik Qarnik Qevorkyanın məqaləsində deyilir.

O bəyan edib ki, idarəetmənin əsas prinsiplərindən biri olan qərar qəbulunun de-mərkəzləşdirilməsi, demək olar ki, Ermənistanda mövcud deyil.

“İnstutusional idarəetmə adlandırılan piramidal dövlət idarəçiliyi sistemində qərarlar yalnız yüksək rəhbərlik səviyyəsində qəbul edilir, eyni nəzəriyyəyə əsasən, dövlət rəhbəri situasiya, əməliyyat məsələləri ilə deyil, strateji, konseptual məsələlərlə məşğul olmalıdır. Yəni, Paşinyan hakimiyyətə gəldikdən sonra Serj Sarkisyanın miras qoyduqlarından heç nə dəyişməyib, qərar qəbuletmə mexanizmində heç bir şey dəyişməyib və faktiki olaraq onun girovuna çevrilib”, Qevorkyan bildirib.

Erməni analitik düşünür ki, Serj Sarkisyan və Nikol Paşinyan arasında daha bir ümumilik var - hər ikisinin təklikdə hərəkət etmələri:

“Həm Serj Sarkisyanın, həm də Nikol Paşinyanın əhatəsində dövlət başçısı ilə bərabər səviyyədə danışma hüququna malik olan heç bir insan olmayıb.

Məsələn, Robert Koçaryanın dövründə Serj Sarkisyan onunla  bərabər hüquqlara malik idi və onun fikrləri əhəmiyyətli qərarlar qəbul edilərkən nəzərə alınırdı. Levon Ter-Petrosyan dövründə, şəkil daha geniş idi - Vano Siradeqyan, Vazgen Sarkisyan, Babken Ararktsyan, Hrant Baqratyan ... bir sıra qeyd olunan və adları çəkilməyən məmurlar yalnız vəzifəyə görə deyil, şəxsi münasibətlərə görə də bərabər danışmaq hüququna malik idilər.

Faktiki olaraq, son 20 il ərzində, bu mənada dövlət idarəetmə sistemi deformasiyaya uğrayıb, yaxud deqradasiyaya məruz qalıb. Mövcud dövlət başçısının ətrafında məsləhətçi kimi çıxış edəcək heç kim yoxdur.

Beləliklə, Nikol Paşinyan bütün məsələlər üzrə qərarları təkbaşına qəbul edir. Yuxarıda qeyd etdiyimiz kimi, bu, bir yandan bir nəfər tərəfindən qərarların qəbul edilməsi mexanizminin təzahürüdür, digər tərəfdən, kadr aclığının ifadəsidir.

Bu gün bütün dövlət idarəetmə sistemi qeyri-peşəkar, təcrübəsiz kadrlarla doludur. Bu, əlbəttə ki, həm də Nikol Paşinyanın günahıdır, onun pis kadr siyasətinin nəticəsidir. Bu siyasət ona gətirir ki, əslində hakimiyyət sistemində inqilaba baş əyənlər, inqilabın qlobal bir hadisə olduğunu düşünənlər üçün yer var ... bir sözlə, dövlət idarəetmə sistemi yalnız inqilabın qulları üçün açıqdır. Və onlar, bir qayda olaraq, təcrübəsiz və bacarıqsızdırlar”.

Qevorkyan hesab edir ki, əgər Nikol Paşinyan bu utancverici kadr siyasətinə son qoymaq istəyirsə, sözün həqiqi mənasında dövlət idarəetmə sistemini hər kəsə - ixtisaslı və bacarıqlı kadrlar, o cümlədən inqilaba tamamilə meyl göstərməyənlərə, Qarabağ müharibəsindəki qələbəni “məxməri” inqilabdan daha dəyərli bilənlərə açıq elan etməlidir:

“Əks təqdirdə, Paşinyan məktəb dərsliklərinə, tibb müəssisələrinin dərmanlarına, metro qatarlarına və bərbərlərə lisenziyalar barədə qərar qəbul etməyə davam edəcəkdir. Bu, dövlət idarəetmə sisteminin pozulmasının ən qısa yoludur, yumşaq desək, nəticələri nə Paşinyanı, nə onun hökumətini, nə də dövləti məmnun etməyəcəkdir".

P.S

 

Paylaş:
708

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər