Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü

16:21 - 08 / 02 / 2019
Heydər Əliyev Fondu meyxanaçının müalicəsini üzərinə götürdü

Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

1news.az  xəbər verir ki, dünən ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustasının müalicəsinin yarımçıq qaldığını deyib.

Heydər Əliyev Fondundan isə onun səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, dəstək göstəriləcəyini bildiriblər.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb. 

1news.az

Paylaş:
2072

Son xəbərlər

Bütün xəbərlər