Avropa Gənclər Parlamenti gender bərabərliyi mövzusunda konfrans keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Gənclər Parlamenti gender bərabərliyi mövzusunda konfrans keçirib – FOTO

09:20 - 12 / 02 / 2019
Avropa Gənclər Parlamenti gender bərabərliyi mövzusunda konfrans keçirib – FOTO

“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi tərəfindən cari ilin 10 fevral tarixində ADA Universitetində 150 nəfər tələbənin iştirak ilə “Qadın liderliyinin gücləndirilməsi və şəxsiyyətin sosial inkişafı” mövzusunda konfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Konfransda Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova, WoWoman Platformasının təsisçisi Zara Hüseynova, Bakı Dövlət Universiteti Gender Tədqiqatları Mərkəzinin müəllimi Zümrüd Cəlilova təqdimatla çıxış ediblər.

Tədbirdə qadınların siyasətdə, o cümlədən dövlət idarəetməsi və özəl sektorda iştirakı, gender konsepsiyasına baxış, gender bərabərliyi, rollar və stereotiplər, kənd təsərrüfatının inkişafında qadınlara rolu və onlara yaradılan imkanlar barədə məsələlər müzakirə edilib.

“Avropa Gənclər Parlamenti”nin Azərbaycan nümayəndəliyi 2010-cu ildə təsis edilib. Təşkilat özündə vətənpərvər, yüksək intellektual səviyyəyə malik fəal gəncləri birləşdirir və onların Azərbaycana və cəmiyyətimizə fayda vermələri üçün imkanlar yaradır.

S.Xankişiyeva

Paylaş:
1193

Son xəbərlər

Bütün xəbərlər