Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

16:40 - 14 / 02 / 2019
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti dəyişəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

1news.az

Paylaş:
175

Son xəbərlər

Bütün xəbərlər