Tanınmış fotoqraf öz peşə sirlərini açdı – FOTO – VİDEO
Ötən həftə şəhərimizin otellərindən birində tanınmış toy fotoqrafı Kelvin Qasımovun “Öz tərzini tap” adlı master-klassı təşkil olunub.
Master-klassa Bakıdan, Şamaxıdan, Naxçıvandan, Şəmkirdən və qonşu ölkə Rusiyadan bir sıra fotoqraflar iştirakçı kimi qatılıblar. İştirakçılar təbii işığın düzgün istifadəsi və rənglərin düzgün ahənglənməsini öyrəniblər.
Həmçinin gəlinlik butiki Humariff və gözəllik studiyası olan Brow Bar master-klassa partnyorluq edərək dəstək olub.
Reklam hüququnda
1925