Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb – FOTO

12:06 - 18 / 02 / 2019
Bakıda 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb – FOTO

Bakı Nəqliyyat Agentliyi paytaxt ərazisində mövcud dəmiryol keçidlərində yol nişanları və nişanlanmadakı çatışmazlıqların aradan qaldırılması işlərinə başlayıb.

Agentlikdən 1news.az-a verilən məlumata görə, görülən işlər çərçivəsində 33 məntəqədə çatışmayan yol nişanları quraşdırılıb. Növbəti mərhələdə müvafiq nişanlanma işləri də aparılacaq.

Məqsəd avtomobil yolları ilə dəmiryol xətlərinin kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və qəza riskinin azaldılmasıdır.

S.Xankişiyeva

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər