Kukla Teatrının həftəlik afişası açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kukla Teatrının həftəlik afişası açıqlanıb

17:13 - 19 / 02 / 2019
Kukla Teatrının həftəlik afişası açıqlanıb

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftə ərzində maraqlı tamaşalarla balacaları sevindirəcək.

1news.az-ın məlumatına görə, sənət ocağının yaradıcı heyəti bu həftə ikisi rus, dördü Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar fevralın 22-də “Maşa və Ayı”, “Şəngülüm, məngülüm”, 23-də isə “Əlibaba və qırx quldur”, “Durna balığı” (rus dilində) tamaşalarını izləyəcək. Həmçinin, fevralın 24-də “Tıq-tıq və taq-taq” və “Qoğal”a (rus dilində) baxa biləcəklər.

1news.az

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər