Bakıda dünyanı heyrətləndirəcək toy: qız əlsiz, ayaqsız oğlana ərə getdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dünyanı heyrətləndirəcək toy: qız əlsiz, ayaqsız oğlana ərə getdi - FOTO

12:40 - 19 / 02 / 2019
Bakıda dünyanı heyrətləndirəcək toy: qız əlsiz, ayaqsız oğlana ərə getdi - FOTO

Adətən bu tip hadisələrlə ya filmlərdə rastlaşırıq, ya da xarici mətbuatda. Amma bu toy paytaxtımızda baş tutdu.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Elnur adlı fiziki qüsurlu şəxs uzun zamandan sonra sevdiyi Nərmin adlı xanıma qovuşub.

Elnurdan fərqli olaraq sağlam olan Nərminin sevgisi üçün belə fədakarlıq etməsi eşidənləri qəhərləndirib.

Ötən gün "Səni axtarıram"da evlilikləri rəsmiləşən cütlüyü bəy-gəlin geyimində görən tamaşaçılar duyğulanıb.

Verilişdə Elnur sevdiyi xanıma aldığı üzüyü onun barmağına taxmaq istəsə də bacarmayıb:

"Mən istəyirəm həyat yoldaşımın barmağına aldığım üzüyü taxım. Onu çox təəssüf, mən edə bilməyəcəm. İstəyirəm mənim adımdan, Xoşqədəm xanım, siz taxasınız". 

Elnurun bu sözləri Nərminin ağlamasına səbəb olub.

1news.az

Paylaş:
955

Son xəbərlər

Bütün xəbərlər