Müxalifətin mitinqinə icazə verilməməsinin səbəbləri açıqlanıb

Müxalifətin fevralın 23-nə təyin etdiyi mitinqinə icazə verilməməsinin səbəbləri açıqlanıb.
1news.az-ın əldə etdiyi məlumata görə, yanvarın 19-da müxalifətin keçirdiyi mitinqdə ictimai asayişin pozulması, mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb.
Mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər.
Belə olan halda Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun besab edir.
“Həmçinon mitinqin təşkiçatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər”- deyə, BŞİH-in məlumatında qeyd olunur.
1news.az