Gəncədə qadın ərini gözündən bıçaqladı

Gəncədə şəhər sakini gözündən bıçaqlanıb.
1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Gəncədə məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaşayan 1981-ci il təvəllüdlü A.Mehdiyev sol gözündə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə A. Mehdiyev ailə münaqişəsi zəminində həyat yoldaşı G. Mehdiyeva tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.
1news.az
438