Yanğın zamanı xəsarət alanlar evə buraxılıblar – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yanğın zamanı xəsarət alanlar evə buraxılıblar – FOTO – VİDEO – YENİLƏNİB

17:00 - 25 / 02 / 2019
Yanğın zamanı xəsarət alanlar evə buraxılıblar – FOTO – VİDEO – YENİLƏNİB

Bakının Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alaraq Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilən şəxslər evə buraxılıblar.

Məlumatı 1news.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.

15:06

Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu səbəbdən də Ş.Mehdiyev küçəsi və Tbilisi prospekti şəhər istiqamətndə hərəkət edən müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalında da gecikmələr müşahidə edilir.

Hazırda avtobuslararası intervalın stabilləşməsi üçün zəruri tədbirlər görülür.

Sərnişinlərdən bunu anlayışla qəbul etmələri xahiş edilir.

14.47

Bakıda hündürmərtəbəli binada güclü yanğın olub.

Yasamal rayonunda yerləşən "Qoşa Park" yaşayış kompleksində güclü yanğın başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın qonşu evlərə də keçib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım briqadası cəlb olunub.

S.Xankişiyeva

 

Paylaş:
852

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər