CBC “Turan” agentliyini dezinformasiyada ittiham elədi: bu, saxta xəbərləmə texnologiyasının nümunəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

CBC “Turan” agentliyini dezinformasiyada ittiham elədi: bu, saxta xəbərləmə texnologiyasının nümunəsidir

12:23 - 25 / 02 / 2019
CBC “Turan” agentliyini dezinformasiyada ittiham elədi: bu, saxta xəbərləmə texnologiyasının nümunəsidir

CBC telekanalı “Turan” informasiya agentliyini dezinformasiya xarakterli məlumat yaymaqda ittiham edib.

Telekanaldan 1news.az-a daxil olan məlumatda bildirilir ki, 2019-cu il fevralın 23-də “Turan” informasiya agentliyi öz saytında belə bir məlumat yayıb ki, Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşları filmin rus versiyasını efirdə yayımlamaq məqsədilə  CBC telekanalına təqdim ediblər, lakin telekanal  filmi göstərməkdən guya imtina edib.

CBC TV-nin rəhbərliyi bildirir ki, bu məlumat həqiqətə uyğun deyil. “Turan” informasiya agentliyi  bu məlumatı dərc etməzdən əvvəl dəqiqləşdirmək məqsədilə CBC TV-yə müraciət etməyib və məsələ ilə əlaqədar bizim mövqeyimizi öyrənməyib.

CBC telekanalının baş direktoru Vüqar Xəlilov

Əslində “Sonsuz dəhliz” filmi CBC telekanalının efir proqramına daxil edilib və film 2019-cu il fevralın 24-də saat 22:00-da nümayiş etdirilib. Film fevralın  25-26-da da CBC TV-də yayımlanacaq.

“Məlumat üçün  bildiririk ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna edilmiş son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə  açıq yayımlanması qadağan edildikdən sonra MTRŞ bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini  təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlandığından həmin qeydləri etmək çətin olacaq.

Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara “Sonsuz dəhliz” filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev

Hamıya məlumdur ki, 2016-cı ilin aprelində ermənilərin növbəti təxribatının qarşısını alarkən Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar haqda CBC telekanalının nümayiş etdirdiyi videokadrlara dünyanın bir çox beynəlxalq telekanalı, o cümlədən Rusiyanın aparıcı NTV, ORT, Rossiya 24 kimi kanalları istinad etmişdi.

CBC telekanalının bu filmi göstərməkdən imtina etməsi haqda həqiqətə uyğun olmayan  məlumat dərc etmək, illərdir Qarabağ həqiqətlərini dünyaya yaymaqla məşğul olan və bu sahədə çoxlu nailəyyəti olan CBC kimi bir televiziya kanalında düşmən və xain axtarmaq cəhdləri, dəqiqləşdirilmədən yayılan informasiyalar, başqa sözlə, indi dünyanı bürüyən “fake news”- saxta xəbərləmə texnologiyasının daha bir nümunəsidir”- deyə, məlumatda qeyd olunub.

1news.az

Paylaş:
831

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər