Quba sakininin həyətində “Qırmızı kitaba”a düşən ayı saxladığı məlum olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Quba sakininin həyətində “Qırmızı kitaba”a düşən ayı saxladığı məlum olub – FOTO

16:56 - 26 / 02 / 2019
Quba sakininin həyətində “Qırmızı kitaba”a düşən ayı saxladığı məlum olub – FOTO

Quba rayonunda fərdi təsərrüfatda ayı saxlayan şəxs aşkarlanıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təsərrüfatda adı “Qırmızı kitaba” düşən və qəfəsdə saxlanılması qanunla qadağan edilən bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Həmçinin A.Zeynalova məxsus həmin təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan bir ədəd “Cifsan” markalı ov tüfəngi də aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır. Qanunsuz olaraq qəfəsdə saxlanılan ayının əhalinin həyat və sağlamlığına zərər verməsinin qarşısının alınması və təbiətə qaytarılması istiqamətində polis şöbəsi tərəfindən müvafiq qaydada qanuna uyğun tədbirlər həyata keçirilir.

S.Xankişiyeva

Paylaş:
645

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər