Ukrayna dairəsindən Neapol dairəsinə qədər yolda diqqətli olun, çünki... | 1news.az | Xəbərlər
Cəmiyyət

Ukrayna dairəsindən Neapol dairəsinə qədər yolda diqqətli olun, çünki...

10:55 - 27 / 02 / 2019
Ukrayna dairəsindən Neapol dairəsinə qədər yolda diqqətli olun, çünki...

Bakı şəhəri, Ukrayna dairəsindən Neapol dairəsinə kimi üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

S.Xankişiyeva

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər