“4S” şirkəti fermerlərə 3 günlük seminarlar təşkil edib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“4S” şirkəti fermerlərə 3 günlük seminarlar təşkil edib – FOTO – VİDEO

12:25 - 28 / 02 / 2019
“4S” şirkəti fermerlərə 3 günlük seminarlar təşkil edib – FOTO – VİDEO

“4S” şirkəti Qəbələ rayonunda Qəbələ Aqrokompleksin və Gilan Dairy-nin, İsmayıllı rayonunun Azza Agro kompleksində, Ağdaş rayonunda Turyançay fermer təsərrüfatında, Goranboy rayonunda “Türk Qida sənayesi” MMC-də, Bərdə rayonun Sani MMC fermasında, Cəlilabad rayonunun Cənub Agro MMC-nin fermalarında 3 günlük seminarlar təşkil edib.

Tədbirə dəvət edilmiş xarici ekspert, PPMA GmbH & Co.KG şirkətinin aqrar sahə üzrə iqtisadçısı cənab Bernd Henn süd verən iribuynuzlu mal-qara üçün düzgün yemin hazırlanması, Azərbaycan iqlimi və məhsuldarlığı şəraitində premium sinif yemlərinin istehsal üsulları üzrə master-klasslar keçirib, həmçinin keyfiyyətli yemin əldə edilməsi üçün doğru kombayn seçiminin vacibliyi barədə danışıb.

Seminarlar müddətində fermerlərin cari yemləmə modelləri araşdırılıb, xüsusi riyazi formullara əsaslanaraq iribuynuzlu mal-qara üçün təşkil edilmiş yem rasionu analiz edilib və individual proqnozlar hazırlanıb. Hər bir fermer üçün yemləmə rasionunun daha düzgün tərtib edilməsi üçün səyyar baxış keçirilib, məsləhətlər verilib.

Əlavə olaraq iştirakçılar qeyri-rəsmi şəraitdə bir-biri ilə və CLAAS şirkətinin servis tərəfdaşı olan “4S” şirkətinin nümayəndələri ilə ünsiyyət edib, fikir və təcrübə mübadiləsi aparıblar.

CLAAS şirkəti – Avropada aparıcı kənd təsərrüfatı texnikasının istehsalçısıdır.

 Əlaqə üçün:

 “4S” MMC

Sabail dairəsi, Səlyan yolu 14

Əlaqə: *3131

FB: https://www.facebook.com/ssss.az/

[email protected]

www.ssss.az

Reklam hüququnda

 

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər