Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev muzeyi özəlləşdirilmişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev muzeyi özəlləşdirilmişdi

15:20 - 05 / 03 / 2019
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev muzeyi özəlləşdirilmişdi

Cəfər Cabbarlının ev muzeyinin sökülməsi ictimaiyyətə indi məlum olsa da, biz bununla çoxdan məşğuluq.

1news.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

“2006-cı ildə mən nazir təyin ediləndə o bina dövlətə məxsus deyildi, ailə tərəfindən özəlləşdirilmişdi. Hesab edirəm ki, onları varislikdəm məhrum etmək etik deyil. Dövlətin balansında olmadığı üçün ora təmir edilmirdi.

2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o ev təmir edilsin. Evin birinci mərtəbəsi Cəfər Cabbarlının ev muzeyi edilsin”. 

Belə təcrübənin olduğunu deyən nazir Əzim Əzimzadənin evi ilə bağlı məsələni nümunə göstərib:

“Burda heç bur qəbahət yoxdur. Biz özümüz də həmin binanın vəziyyətindən narahat idik. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidirlər. Ümid edirəm ki, Cəfər Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək”.

P.Sultanova

Foto: Report

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər