AQTA sahibkarlara “işbazlar”la bağlı xəbərdarlıq etdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

AQTA sahibkarlara “işbazlar”la bağlı xəbərdarlıq etdi

12:33 - 06 / 03 / 2019
AQTA sahibkarlara “işbazlar”la bağlı xəbərdarlıq etdi

Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunub.

1news.az-a AQTA-dan verilən məlumata görə, bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır.

Qeyd edək ki, AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq aşağıdakı rüsumların ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli

RÜSUMUN TƏYİNATI      RÜSUMUN MƏBLƏĞİ

18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5 manat

18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) -         20 manat

18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) -   100 manat

18.66-1. Qida təhlükəsizliyi sertifikatının verilməsi -           20 manat

18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) -           100 manat

18.67.2. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə idxal karantin icazəsinin verilməsi (bir icazə) -            10 manat

18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün: 18.67.3.1. Bir poçt göndərişinə (dəst) -

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) -

2 manat

10 manat

18.67-1.2.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrindən çıxarışın verilməsi - 18.67-1.3. Reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 18.67-1.4. Rreyestrdən çıxarışın dublikatının verilməsi - 150 manat

50 manat

10 manat

AQTA bir daha qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməklə, sadələşdirilmiş idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosedurlarında heç bir vasitəçi olmadan iştirak etsinlər. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumlarından əlavə hər hansı bir qanunsuz tələblərlə qarşılaşdıqda bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat versinlər.

S.Xankişiyeva

Paylaş:
247

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər