“Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirilib – FOTO

15:16 - 07 / 03 / 2019
“Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirilib – FOTO

Uzun müddət bərpası üzərində iş aparılan və yenicə işıq üzü görmüş “Azərbaycan mətbəxi Qacarlar dövrünün bərpa edilmiş xörəkləri” kitabının təqdimat mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, kitabın müəllifləri: Tahir Əmiraslanov, Oruc Əliyev, Ağakərim Şamidzadə, Bəyim Məmmədova, Aynurə Əmiraslanova, Mübariz  Quliyevdir.

Giriş sözü risalənin tərcüməçisi Rauf Şeyxzamanlı, ön söz isə Tahir Əmiraslanov tərəfindən verilib. Kitab Nadir Mirzə Qacarın “Karnamə” risaləsində verilən yeməklərin restavrasiya edilməsidir. Dünya  tarixində bununla ilk dəfə mətbəx düsturlarının, mətbəx kitabının bərpası baş verdi.

Təbrizin valisi  Nadir Mirzə Qacar Bərdəli arvadı ilə birlikdə 1875-ci ildə yazmağa başladığı, 1883-cü ildə başa vurduğu “Karnamə” risaləsində 203 xörəyimiz barədə məlumat verir. Lakin xörəklərin düsturları (reseptləri) verilmir. Risalə əsasında 203 xörəyimiz bərpa edildi. Hər xörəyə uyğun 2 yeni müasir texnologiyalara uyğun düsturlar işlənildi.

“Karnamə” risaləsi  2013-cü ildə tərəfimizdən MEA-nın Milli Əlyazmalar İnstitutu ilə birlikdə tərcümə və nəşr edilmişdi. 5 il ərzində isə tərəfimizdən risalədə verilən milli mətbəx nümunələrinin bərpası  işi aparıldı. Milli mətbəximizin yazılı abidəsi, sübutu olmaqla yanaşı bu kitab həm də bu günkü restoran biznesi və əhali üçün  istifadə edilə biləcək vəziyyətə salındı.

Bu isə milli mətbəxin sistemləşdirilməsi, qorunması, təbliğatı və milli mədəni irsə aid edilməsini təmin etmək istiqamətində atılan vacib addımlardandır.

Kitaba elmi rəy Azərbaycan Dövlət İqtisad Universitetinin  Qida Məhsulları Texnologiyası kafedrası tərəfindən verilmişdir.

Kitab Azərbaycan Dövlət Turizm Agentliyinin eqidası altında nəşr edilmişdir.

Kitabın nəşr xərcləri Azərbaycan Milli Kulinariya Assosiasiyasının sponsorları tərəfindən ödənilmişdir. Kitabın nəşri ilə bağlı göstərdiyi dəstəyə görə " Turan" restoranlar şəbəkəsinə təşəkkür edirik.

S.Xankişiyeva

 

Paylaş:
1523

Son xəbərlər

Bütün xəbərlər