Millət vəkili beynəlxalq turnirdə qalib gələn idmançılarla görüşüb – FOTO

Martın 6-da Hövsan Olimpiya Kompleksində Milli Məclisin deputatı Sevinc Fətəliyeva 8-10 fevral tarixlərində İranda keçirilən Karate idman növü üzrə Master-cup Beynəlxalq turnirində qalibiyyət əldə etmiş idmançılarla görüşüb.
1news.az-ın məlumatına görə, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə baş tutan görüşdə idmançıları təbrik edən millət vəkili onlara gələcək yarışlarda uğurlar arzu edib.
Sevindirici haldır ki, turnirdə Hövsan Olimpiya İdman Kompleksindən 6 idmançı iştirak edib və onların hər biri Vətənə uğurlu nəticə ilə dönüb. Belə ki, idmançılarımızdan 5-i qızıl, biri isə gümüş medal qazanıb.
Ən sevindirici hal isə finalda Natiq Cəfərovun erməni idmançını 7-0 məğlub edərək qızıl medal qazanmasıdır.
İdmançılarımızın uğurlu nəticələrini təqdim edirik:
1. Əliyev Elton (30 kq, 10-11 yaş qrupu) – 1-ci yer, qızıl medal
2.Əhmədov Həsən (40 kq, 12-13 yaş qrupu) – 1-ci yer, qızıl medal
3.Əhmədzadə Cansu (30 kq, 10-11 yaş qrupu) – 1-ci yer, qızıl medal
4.Cəfərov Natiq (40 kq, 10-11 yaş qrupu) – 1-ci yer, qızıl medal
5.Vəliyev Əli (35 kq, 10-11 yaş qrupu) – 1-ci yer, qızıl medal
6.Xəlilov Amil (50 kq, 10-11 yaş qrupu) – 2-ci yer, gümüş medal
1news.az