Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib

17:18 - 11 / 03 / 2019
Bəhreyndən Moskvaya uçan təyyarə Bakıda məcburi eniş edib

Bəhreyndən Moskvaya uçan “Ural Hava Yolları” şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsidir.

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılmış və hazır vəziyyətə gətirilib.

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub.

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul etmişdir.

Məlumatlar yeniləndikcə əlavələr ediləcək.

S.Xankişiyeva

 

Paylaş:
323

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər