Təyyarəyə iki dəqiqə gecikməsi həyatını xilas etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təyyarəyə iki dəqiqə gecikməsi həyatını xilas etdi - FOTO

10:46 - 11 / 03 / 2019
Təyyarəyə iki dəqiqə gecikməsi həyatını xilas etdi - FOTO

Şənbə günü Efiopiyadan Kenyaya uçarkən qəzaya uğrayan və 157 sərnişinin həlak olduğu təyyarəyə bilet alan Yunanıstan vətəndaşı səyahətçi Antonios Mavropolusun həyatını gecikməsi xilas edib.

1news.az Ria-Novosti-yə istinadla xəbər verir ki, o, təyyarəyə cəmi iki dəqiqə gecikib.

“Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Məni təyyarəyə buraxmadıqları üçün çox hirsli idim.

Qəza xəbəri yayılanda, polis onu saxlayıb, çünki təyyarəyə minməyən yeganə sərnişin olub:

"Mənimlə qəza arasında məntiqi olaraq bir əlaqə yox idi, çünki baqajım mənimlə idi, buna görə onlar məni uzun müddət sorğulamadılar”.

O, Facebook səhifəsində ET302 reysinə aldığı biletin fotosunu da dərc edib.

P.S.

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər