Bakıda yeniyetmələrə siqaret satanlar cərimələndi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeniyetmələrə siqaret satanlar cərimələndi

17:20 - 12 / 03 / 2019
Bakıda yeniyetmələrə siqaret satanlar cərimələndi

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, martın 11-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 mağazada və 1 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

1news.az

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər