Hərbi hissələrdə bayram şənlikləri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi hissələrdə bayram şənlikləri keçirilib - FOTO

16:35 - 21 / 03 / 2019
Hərbi hissələrdə bayram şənlikləri keçirilib - FOTO

2019-cu ilin fəaliyyət planına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təntənəli mərasimlərdə çıxış edənlər xalqımız və dövlətimiz tərəfindən Novruz bayramına verilən yüksək qiymətdən, yazın gəlişinin bütün ölkəmizdə yüksək əhval ruhiyyə, coşqu, təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, eləcə də qorunaraq gələcək nəsillərə ötürülən bu milli-mənəvi dəyərlərin tərbiyəvi əhəmiyyətindən söhbət açıblar.

Tonqal ətrafında keçirilən bayram şənliklərində konsert proqramları təqdim edilib, hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

S.Xankişiyeva

Paylaş:
487

Son xəbərlər

Bütün xəbərlər