Bakıda başlayan yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - FOTO - VİDEO

Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzindən səhər saatlarında başlayan yanğın davam edir.
1news.az xəbər verir ki, yanğın 4 mərtəbəli ticarət mərkəzinin böyük bir hissəsinə yayılıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, həmçinin 6 təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğının söndürülməsi zamanı FHN-in bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, yanğın səhər saatlarında baş verib.
Fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.
1news.az