Azərbaycanda Frankofoniya günləri başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Frankofoniya günləri başlayır

15:19 - 27 / 03 / 2019
Azərbaycanda Frankofoniya günləri başlayır

Martın 30-dan aprelin 15-dək Azərbaycanda Frankofoniya günləri keçiriləcək.

Fransanın Bakıdakı səfirliyindən 1news.az-a verilən məlumata görə, tədbirlərə 13 dövlətin Azərbaycandakı səfirlikləri, Avropa İttifaqı nümayəndəliyi qoşulacaq.

Qeyd edək ki, Frankofoniya günləri çərçivəsində nəzərdə tutulan mədəni tədbirlərin tam proqramını Fransa, Belçika, Kosta-Rika, Yunanıstan, Macarıstan, Mərakeş, Meksika, Moldova, Rumıniya, İsveçrə, Estoniya, Litva, Latviya səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi təqdim edəcək.

Beynəlxalq Frankofoniya Təşkilatı bu gün, fransızdili və insan hüquqlarına hörmət, qadınlar və kişilər arasında bərabərlik, ifadə azadlığı kimi universal dəyərlərlə birləşən 84 dövlət və dövlət qurumunu (58 üzv və 26 müşahidəçi) bir araya gətirir.

P.Sultanova

 

 

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər