Ramazan ayı bu il nə zaman başlayır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazan ayı bu il nə zaman başlayır?

11:58 - 27 / 03 / 2019
Ramazan ayı bu il nə zaman başlayır?

Mayın 6-sı müqəddəs Ramazan ayının ilk günüdür.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin təqviminə istinadən məlumat verir.

Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 23, 25, 27 və 31 may tarixlərinə təsadüf edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.

Qurani-Kərimin nazil edildiyi Ramazan ayında oruc tutmaq Allah tərəfindən bütün müsəlmanlara vacib edilib.

S.Xankişiyeva

 

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər