Narkotik haqqında meyxana oxuyan şəxs saxlanılıb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik haqqında meyxana oxuyan şəxs saxlanılıb - RƏSMİ

16:03 - 01 / 04 / 2019
Narkotik haqqında meyxana oxuyan şəxs saxlanılıb - RƏSMİ

Son günlər sosial şəbəkələrdə və bəzi internet saytlarında bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi musiqili meyxanasının videogörüntüsü yayılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, məsələ ictimai rezonans doğurmuş və cəmiyyətin müxtəlif təbəqələrinin haqlı olaraq böyük narazılığına və etirazına səbəb olub.

DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib.

Müəyyən olunub ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

S.Xankişiyeva

 

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər