Bakıda “Ərəb musiqi mədəniyyəti” günü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Ərəb musiqi mədəniyyəti” günü keçirilib - FOTO

12:00 - 01 / 04 / 2019
Bakıda “Ərəb musiqi mədəniyyəti” günü keçirilib - FOTO

Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb musiqi mədəniyyəti” günü keçirilib.

1news.az-a Mərkəzdən verilən məlumata görə, tədbirdə çıxış edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim bildirib ki, musiqi mədəniyyətin böyük bir sahəsidir. Musiqi insanın, onun şəxsiyyətinin və fikrinin formalaşmasında böyük rol oynayır.

Diplomat deyib ki, Ərəb Dövlətləri Liqası və Misir Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşəbbüsü  ilə ilk  dəfə həyata keçirilən bu tədbir mədəniyyət sahəsinin inkişafı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, Misir və ərəb musiqisinin daha yaxından tanınması üçün atılmış bir addımdır.

Daha sonra Azərbaycanın əməkdar artisti, kamança ustası Fəridə Məlikovanın və xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim musiqi alətləri ansamblının ifasında bir sıra ərəb musiqiləri səslənib.

Tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin, Mərakeş, Liviya, İraq, Əlcəzair Moldova, Belçika, Peru, Çili, Xorvatiya, Tacikistan dövlətlərinin səfirləri, digər diplomatik nümayəndəliklərindən qonaqlar iştirak edirdilər.

P.Sultanova

 

 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər