“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək

15:53 - 05 / 04 / 2019
“Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək

Aprelin 7-də Veloparkda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçiriləcək.

1news.az-ın məlumatına görə, saat 12:00-da start götürəcək veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunacaq.

Veloyürüşün  məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət  Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri  iştirak edəcək.

Qeyd edək ki, 7 aprel - Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.

1news.az

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər