Zülfiyyə Xanbabayevanın pulunu oğurlayan qadın məhkəmə qarşısında | 1news.az | Xəbərlər
Cəmiyyət

Zülfiyyə Xanbabayevanın pulunu oğurlayan qadın məhkəmə qarşısında

16:25 - 08 / 04 / 2019
Zülfiyyə Xanbabayevanın pulunu oğurlayan qadın məhkəmə qarşısında

Xalq artisti Zülfiyyə Xanbabayevaya qarşı oğurluq edilib.

Paytaxt sakini, 1967-ci il təvəllüdlü Xanbabayeva Zülfiyyə Güloğlan qızının xeyli miqdarda pulunu oğurlamış Şirinova Əntiqə Nəriman qızına qarşı cinayət işi açılıb.

Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanan işin materialları məhkəməyə göndərilib.

Məhkəmənin ilk iclası aprelin 18-də saat 10:30-da keçiriləcək.

Qeyd edək ki, Xalq artisti cinayət işində yeganə zərərçəkən kimi tanınıb.

Publika.az

S.Xankişiyeva

 

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər