Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir

11:30 - 10 / 04 / 2019
Kapital Bank “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumunda iştirak edir

9-10 aprel 2019-cu il tarixlərində Frankfurt şəhərində Almaniyanın ən böyük maliyyə qurumlarından olan Commerzbank-ın təşkilatçılığı ilə “Qlobal İqtisadiyyat və Kapital Bazarları” forumu keçirilir.

Tədbirdə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev və İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq iştirak edir.

Forum dünyanın bütün kapital bazarlarında infrastruktur imkanlarını kəşf etmək, eləcə də investorlarla görüşmək və investisiya imkanlarının genişləndirmək üçün bir platformadır. Tədbir, inkişaf etməkdə olan bazarların qeyri-müəyyənliyinin müzakirəsi, qlobal iqtisadiyyatda müxtəlif investisiya risklərinin nəzərdən keçirilməsi, investisiya risklərinin bölüşdürülməsi mexanizmləri, maliyyə dayanıqlığının təmin edilməsi üçün strateji keçidlərin yaradılması və digər sahələri əhatə edir.

“Maliyyə dünyasının sərhədləri yoxdur – xüsusən Şərq, Qərb, Şimal, Cənub üçün açıq olan Azərbaycan kimi bir ölkədə. Bizim istəyimiz qlobal rəqabətdə aktual qalmaq və dünya iqtisadiyyatının  Azərbaycana və regionumuza, o cümlədən qonşu ölkələrə təsir göstərən çətinliklərin öhdəsindən gəlməkdir. Məhz bu kimi tədbirlərdə iştirak etməklə həm xarici həmkarlarımızla fikir mübadiləsi apara, həm də dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübələrini fəaliyyətimizə tətbiq edə bilirik”, - deyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, proqram çərçivəsində həmçinin forum iştirakçıları ilə görüşlər keçirilib və dünyanın bir neçə nüfuzlu maliyyə qurumları ilə gələcək əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
458

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər