Meksika ədəbiyyatına fransız mədəniyyətinin təsiri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meksika ədəbiyyatına fransız mədəniyyətinin təsiri - FOTO

16:46 - 12 / 04 / 2019
Meksika ədəbiyyatına fransız mədəniyyətinin təsiri - FOTO

Məlumat verildiyi kimi, Meksikanın Azərbaycandakı səfirliyi ardıcıl üç ildir ki, Frankofoniya Həftələrində iştirak edir. Bu dəfə, Meksika ədəbiyyatının üç görkəmli nümayəndəsinə fransız dili və mədəniyyətinin təsiri mövzusuna toxunulub.

1news.az-a Meksikanın Bakıdakı səfirliyindən verilən məlumata görə, aprelin 11-də Azərbaycan Dillər Universitetində Meksika səfiri Rodriqo Labarini tərəfindən Alfonso Reyes, Oktavio Pas və Karlos Fuentesin yaradıcılığına həsr olunmuş təqdimat  keçirlib.

Səfir təqdimatında Meksikanın Fransadakı diplomatları kimi fəaliyyət göstərmiş, dostluq əlaqələrinə öz töhfələrini verən və əsərlər yaratmış hər üç müəllifin oxşar cəhətləri barədə məlumat verib. Qeyd edib ki, zamanla fransız mədəniyyəti Meksikanın memarlıq, mətbəx, dəbdəbə və əlbəttə ki, ədəbiyyatı kimi müxtəlif sahələrində əks olunub. 

Tədbirin ikinci hissəsində Azərbaycan Dillər Universitetinin tələbələri meksikalı müəlliflərin ispan dilində yazılmış və onların fransız dilinə tərcümə edilmiş şeirlərini, eləcə də nəsr əsərlərin fraqmentlərini duyğusal şəkildə səsləndirib, tədbir iştirakçılarının ədəbi zövqünü oxşayıblar.

P.Sultanova

 

 

 

 

 

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər