Türkiyədə intihar edən azərbaycanlı tələbə: Bəzi yüklərlə yaşamaq çətindir

Konyada 21 yaşlı azərbaycanlı tələbə Aysun Y. bir plazanın 42-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Aysunun intihardan öncə ailəsi üçün yazdığı vida məktubu tapılıb.
İntihar olayı dünən günorta saat 12 radələrində bir göydələnin ən üst mərtəbəsində baş verib. Plazanın son mərtəbəsində yerləşən restorana müştəri kimi gələn 21 yaşlı azərbaycanlı tələbə, bir müddət sonra eyvana çıxaraq özünü atmağa cəhd edib. Gənc qız ona mane olmağa çalışan restoran əməkdaşlarına üzərində gəzdirdiyi bıçaqla yaxınlaşmamaları üçün xəbərdarlıq edib. Bıçaqla özünə xəsarət yetirən Aysun özünü 42-ci mərtəbədən atıb.
Aysunun intihardan öncə yazdığı vida məktubunu:
"Ölümümdən heç kim məsuliyyət daşımır. Mən dözə bilmədim, bacarmadım. Bəzi yüklərlə yaşamaq çox çətindir. Ana, ata, bacım ölümümə üzülüb ağlamayın. Canım atam, anam, sizi çox sevirəm. Canım anam mənim üçün ağlama. Gözlərindən bir damla da yaş süzülməsin. Səni çox sevirəm. Ana, qızına haqqını halal et. Bacım, birdənəm mənim. Bağışla məni canım bacım. Çox üzr istəyirəm hər şey üçün. Yaşamağı bacarmadığım üçün sizlərə vida edirəm. Boynumdakı kolyenin mənimlə bərabər dəfn edilməsi vəsiyyətimdir. Boynumdan qəti çıxarmayın. Sizləri hər zaman çox sevdim. Öncə bir-birinizə, sonra Allaha əmanət olun".
Habertürk
S.Xankişiyeva