Bu gün və sabah bu ərazidə işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün və sabah bu ərazidə işıq olmayacaq

09:53 - 16 / 04 / 2019
Bu gün və sabah bu ərazidə işıq olmayacaq

Bu gün və sabah Masazırda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən 1news.az-a verilən məlumata görə, 16-17 aprel tarixlərində saat 10.30-dan 15.30-dək Masazır yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.

1news.az

Paylaş:
395

Son xəbərlər

Bütün xəbərlər