Yasamalda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub

09:48 - 17 / 04 / 2019
Yasamalda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 30 ədəd elektrik sayğacı və 10 p.m kabel yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər və digər elektrik sayğacları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ölkə.az

S.Xankişiyeva

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər