Argentinada qadınlara qarşı təcavüz cinayət hesab olunacaq

Argentinada ictimai yerlərdə qadınlara qarşı təcavüz halları cinayət hesab olunacaq.
1news.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə müvafiq qanun ölkə senatında yekdilliklə qəbul olunub.
Söhbət xüsusilə, küçələrdə, nəqliyyatda, ticarət mərkəzlərində və digər ictimai yerlərdə qadının razılığı olmadan çəkilən seksual xarakterli fotoşəkillər, video qeydlər, fiziki təzyiq, təcavüz və ya əxlaqsız hərəkətlərdən gedir.
Bu hərəkətlərə görə həmin şəxsi cərimə, məcburi əmək və yaxud həbs gözləyir.
Milli Qadınlar İnstitutu küçə təcavüzü ilə üzləşən qurbanlara kömək üçün xüsusi bir qaynar xətt yaradacaq.
1news.az
688