Hacıqabulda avtomobil istehsalı zavodunun təməli qoyulub – FOTO
Aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində "Azərmaş Sənaye" MMC-nin avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, mərasimdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani iştirak edib.
Məlumat verilib ki, layihənin ümumi dəyəri 10 milyon avrodur. Zavodda ilkin mərhələdə 500 ədəd, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobilləri istehsal olunacaq. Bir ədəd avtobusun qiyməti modelindən asılı olaraq 135-200 min avro, yük avtomobilinin qiyməti 70-90 min avro təşkil edəcək.
İstehsal prosesində İsveç, Almaniya, Türkiyə və İran avadanlıqlarından istifadə olunacaq. Avtobus və yük avtomobillərinin MDB ölkələri, Mərkəzi Asiya, İran və Pakistana satılması nəzərdə tutulur.
1news.az