Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub – FOTO

12:20 - 26 / 04 / 2019
Azərbaycanla Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub – FOTO

Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin təhsil naziri Chen Boasheng ilə görüşüb.

1news.az-ın məlumatına görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Həmin gün təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetinə səfər edərək universitetin rəhbərliyi ilə görüşüb. Görüşdə sözügedən universitetin ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

Daha sonra təhsil naziri Ceyhun Bayramov Pekin Pedaqoji Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsilləri ilə maraqlanıb.

1news.az

Paylaş:
653

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər