Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama

12:28 - 26 / 04 / 2019
Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı açıqlama

Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur.

1news.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycan neftinin bahalaşması beynəlxalq valyuta ehtiyatlarının artırılmasını təmin edir ki, bu da manatın məzənnəsinin sabitliyinə müsbət təsir göstərir:

“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansı profisitlidir”.

1news.az

 

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər