Bakıda 23, rayonlarda 28 dərəcəyə qədər isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 23, rayonlarda 28 dərəcəyə qədər isti olacaq

13:22 - 29 / 04 / 2019
Bakıda 23, rayonlarda 28 dərəcəyə qədər isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti aprel ayının 30-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-17, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.

 Azərbaycanın rayonlarında aprelin 30-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 30-u, mayın 01-də Abşeron yarımadasında komfort  temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

1news.az

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər