Zimmer brendi Azərbaycan bazarına daxil olur – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Zimmer brendi Azərbaycan bazarına daxil olur – FOTO

10:00 - 02 / 05 / 2019
Zimmer brendi Azərbaycan bazarına daxil olur – FOTO

Məişət texnikasının istehsalı ilə məşgul olan alman brendi Zimmer-in yaranma tarixi olduqca maraqlıdır.

Hər şey ondan başlandı ki, Almaniyanın ali təhsil müəssisələrinin tələbələri olan bir neçə cavan, mərcə girərək, öz əlləri ilə yuyulma sona çatdıqda SMS xəbərdarlığı göndərən bir paltaryuyan maşın qurdular. Bir neçə il keçdikdə, həmin dostlar dəstəsini birləşdirdən müxtəlif növ məişət texnikası istehsal edən alman brendinin yaradılması oldu. Amma indi onlar artıq sadə gənclər deyil, müxtəlif sahələrdə işləmiş və təcrübə yığmış cavan mütəxəssislər  idi.

Lakin, gənclik coşğusu və həyəcanı itmədi, gənclər qrupu heç bir tərəddüd etmədən böyük biznes aləminə daxil olmağına imkan verdi. Brendin adını Zimmer qoymağa qərar verdilər, alman dilində bu sözün mənası “otaq” deməkdir.  Brendin adı bir-birindən ayrı, bir biri ilə əlaqələnməyən, uyğun olmayan məişət texnikası deyil, tam əksinə - evinizin məişət texnikası sistemini komplektləşdirən, rahat, keyfiyyətli cihazları istehsal etməsini vurğulayır.

Beləliklə, 2015-ci ildə, öz yolunu soba, televizor və tozsoranların istehsalından başlayan Zimmer brendi yaranır. Daha sonra bu siyahıya bir neçə növ kiçik məişət texnikası əlavə edilir.

Hal hazırda Zimmer kifayət qədər sürətlə, digər tanınmış brendlərlə  uğurlu rəqabət saxlayaraq, inkişaf edir. Zimmer məhsullarının istehsalı bir neçə ölkədə həyata keçir, daha dəqiq desək Almaniya, Türkiyə, Hindistan və Çin ölkələrində.  

Gənc brendin rəhbərliyinin öz biznesinə qarşı yanaşmasının əsasında odur ki, həm ölkə daxilində, həm də xaricdəki istehlakçılara uyğun olan, keyfiyyətli alman texnikasının istehsalı üçün uzun bir tarixə ehtiyacı yoxdur. Bundan əlavə, istehlakçıların uzun tarixi üçün hər zaman əlavə xərc ödəməlidirlər. Məhz buna görə Zimmer texnikasının gənc istehsalçıları köhnə PR hərəkətlər etməkdən daha çox yenilikçi fikirlərə üstünlük tuturlar və hesab edirlər ki, inkişaf edən müasir texnologiyalar dünyasında uzun hekayələr məişət texnikasının istehsalı üçün deyil, daha çox muzeylər üçün yararlıdır.

2017-ci ildə dünyada unikal bir dövr başlandı ki, eyni zamanda üç nəsil nümayəndəsi çalışır və qazanırlar: X nəsli – 1980-ci ilə qədər anadan olanlar, Y nəsli (ayrı cür desək – mileniallar nəsli) – 1984-1996-cı illərdə anadan olanlar və Z nəsli – 1997-ci ildən sonra dünyaya gələnlər.

Potensial müştərilərin bütün 3 nəslinə diqqət yetirən Zimmer, istehlakçıların ehtiyaclarına cavab verən açıq şirkət olmaq üçün çalışır və buna görə də, öz məhsullarını yalnız öz baxışına əsaslanaraq yaradır. Gənc və müasir brend olaraq potensial müştərilərlə ikitərəfli ünsiyyətdə qalmaq üçün Zimmer virtual komunikasiya sahələrindən fəal şəkildə istifadə edir. Bu cür yanaşma müştərilər auditoriyasını genişləndirmək, məhsullarını tanıtmaq üçün xərcləri optimallaşdırmaq, müasir dünyaya məxsus olduğunu vurğulayaraq trendə uyğun olmaq və istehlakçılarla yalnız müttəfiq deyil, dost kimi uzunmüddətli münasibətlər qurmaq imkanı verir. Axı Zimmer sloqanı beləcə də səslənir – “Freund für das Leben”, alman dilindən tərcüməsi də - “Həyat yoldaşı, dostu” deməkdir. 

Zimmer – böyük dost komandasıdır. Zimmer şirkətinin menecer tərkibinin xüsusiyyətləri cavanlıq, çoxmillətlilik, həyata müasir baxış və mütləq vacib olan texniki təhsildir. Maraqlısı odur ki, Zimmer dünyaya yalnız keyfiyyətli məişət texnikası deyil, həmçinin bir çox xoşbəxt ailə verib. Məsələ ondadır ki, Zimmer-də işləyən bir çox adam burada öz həyat yoldaşlarını tapmışlar. Şirkətin rəhbərliyi zarafat etdiyinə görə məhz bu fakt brendə müasir ailənin nəyə ehtiyacı olduğunu hiss etdirir və uyğun olan məişət texnikası yaradılır ki, ailə həyatı qüsursuz olsun. Necə deyərlər, hər zarafatda bir həqiqət var.

Zimmer brendi  keyfiyyət, rahatlıq, sadəlik, ağıllı komplektasiya və münasib qiymətləri təklif edərək istehlakçıya qarşı müasir yanaşmasını göstərir.

Integral şirkəti  Zimmer brendinin Azərbaycanda rəsmi distribütorudur. Integral –  bütün Azərbaycan ərazisini öz məhsulları ilə təmin edən güclü, geniş diler şəbəkəsidir. Onun fəaliyyəti Bakı, Gəncə, Sumqayıt və demək olar ki, respublikanın bütün bölgələrini mağazalar şəbəkəsi və servis xidmətləri ilə əhatə edir. 20 ildən artıqdır ki, Integral Azərbaycan istehlakçılarını müxtəlif  keyfiyyətli məhsullar ilə tanış edir.

Reklam hüququnda

Paylaş:
981

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər