Baş redaktor narkotik satarkən yaxalandı - BAKIDA

Bakıda narkotik alveri ilə məşğul olan baş redaktor həbs olunub.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
1976-cı il təvəllüdlü Ağabalayeva Şəfəq Ağacan qızı rayon ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb. Hüquq-mühafizə orqanları əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq istədiyi bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçi və baş redaktorudur.
S.Xankişiyeva
763